Politicon.co

Ermənilərin miqrasiyası və Fransada erməni icması (Dördüncü yazı)

Ermənilərin miqrasiyası və Fransada erməni icması (Dördüncü yazı)

XX əsrin sonlarından başlayaraq Fransaya ermənilərin yeni miqrasiya dalğası başlayır. 1987-1988-ci ildən başlanan bu proses bu günə kimi davam etməkdədir. Xüsusilə bu dövrdə Ermənistanda baş verən siyasi proseslər, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Türkiyə ilə sərhədinin Kəlbəcərin işğalından sonra bağlanması və blokada vəziyyətinə düşməsi nəticəsində Ermənistanda siyasi, iqtisadi, sosial vəziyyət gərgin olaraq qalmaqda idi. Bütün bu səbəblər ölkədəki demoqrafik vəziyyətə də təsir edirdi. Faktiki olaraq bütün bunlar ermənilərin digər ölkələrə köçməsi, xüsusilə yeni miqrasiyası dalğasının yaranmasına səbəb olmuşdur.

XX əsrin 80-90-cı illərində SSRİ-də baş verən siyasi proseslər və Ermənistanın da müstəqillik əldə etməsindən sonra artıq sərhədləri açılmağa başlamışdır. Bu isə digər ölkələrə ermənilərin miqrasiyası, müxtəlif səbəblərdən (siyasi, iqtisadi, sosial və s.) köçməsi ilə nəticələnmişdir. Xüsusilə bu illər (XX əsrin 90-cı illəri) ərzində Fransaya köç edən, Ermənistanı tərk edən insanlar arasında Fransanın İl-dö-Frans regionuna köç edən ermənilər üstünlük təşkil edirdi. Bu mövzunu araşdıran, tədqiq edən İrəvan Universitetinin Sosiologiya departamentinin araşdırmaçısı Hasmik Kirakosyan araşdırma məqaləsində 1991-ci ildə Fransaya köç edən xüsusilə Paris regionuna yaxud İl-dö-Frans regionuna köç edən erməniləri haqqında yazarkən bunun səbəbini ailə şəbəkəsi (le réseau familial)  yaxın tanışlarının olması ilə əlaqələndirir.  Araşdırma məqalədə erməni miqrantlarından biri bunları deyir: “Ərimin qardaşıgilə gəldik. 1991-ci ildə onları ora çağıran arvadının valideynləri erməni diasporundan olan ermənilər idi. Parisdə ermənicə biliklərim sayəsində bütün maneələri keçdim”. (Kirakosyan Hasmik. La migration arménienne vers Paris et sa région dans la période 1998-2004. In : Hommes et Migrations, no 1265, Janvier-février 2007. Diaspora arménienne et territorialités. p. 156). Fransaya köç edəndən sonra fransız cəmiyyətinə adoptasiya olma dövrü bəzən kifayyət qədər çətin keçir. Köç edən həmin erməni məhz bu səbəbdən Alfrotvil (bu şəhərdə ermənilərin sayca çox olmasına görə şəhəri “Kiçik Ermənistan” da adlandırırlar) şəhərinə üstünlük verdiklərini belə əsaslandırır ki, bu məhz həmin şəhərdə erməni icmasının yaşaması ilə əlaqədardır. “Alfrotvildə kifayyət qədər böyük bir erməni icması olduğu üçün, xüsusilə oğlumuzu erməni məktəbinə yazıla biləcəyi (qeydiyyat) olduğu üçün yaşayış üçün bura müraciət etdik”. “Ermənilik gündəlik həyatımızda – evdə, mətbəxdə, çöldə mövcuddur. Amma paralel olaraq fransız olanı qəbul edirik. Lakin fransız ola bilmərik nə də erməni əxlaq (adətlərimizi) bütünlüklə qoruya bilərik”. (Kirakosyan Hasmik. La migration arménienne vers Paris et sa région dans la période 1998-2004. In : Hommes et Migrations, no 1265, Janvier-février 2007. Diaspora arménienne et territorialités. p. 156).

Qarabağ müharibəsi (1988-1994) dövründə ermənilərin Fransaya miqrasiyası, axını intensiv olmuş. Xüsusilə turist kimi erməni kommersantlar Fransaya axın etmişlər. Bu dövrdə erməni miqrantlar üçün xarakterik cəhət onların siyasi, iqtisadi, sosial səbəblərdən ötrü ölkələrindən köçməsi idi. Ermənistanda dil haqqında qəbul edilən qanun da (bu qanun 1993-cü il 17 apreldə qəbul olunub. Bu qanun Ermənistan Respublikasının dil siyasətinin əsas prinsiplərini müəyyənləşdirir, dilin statusunu, dil və dövlət orqanı arasındakı əlaqəni tənzimləyir) miqrasiya dalğasına təsir göstərmişdir. Faktiki olaraq rusdilli intelektual elitanın (universitet müəllimləri, müəllimlər, elm adamları və s.) Ermənistandan köçməsinə səbəb olur.

 

Alfrotvildə erməni məktəbi

Erməni intelektuallarının miqrasiyası

XX əsrin sonlarından (1996-cı ildən etibarən) başlayaraq Fransaya köç edən ermənilər arasında ziyalıları, intelektualları görmək olar. Bu proses 2000-ci illərdə də davamlı olmuşdur. Bişkek protokolunun (1994-cü il 8 may) imzalanmasından sonra ardınca sonrakı illərdə Ermənistanda sosial-iqtisadi böhran, erməni cəmiyyətində müharibədən sonra cəmiyyətin bərpası, vəziyyətin düzələcəyi ilə bağlı inamın zəifləməsi ölkədən ziyalıların, intelektualların da miqrasiyasına səbəb olmuşdur. Xüsusilə erməni intelektuallar Rusiya, Avropa və ABŞ-a köç edirlər. Fransaya köç edən bir erməni ziyalısı haqqında Hasmik Kirakosyan araşdırma məqaləsində bunları yazır: “Müsahib Fransaya gəlməmişdən əvvəl üç il ərzində Yerevan Üzvi Kimya İnstitutunda işləmişdir. Bu və ya başqa vəzifə əldə etməyə ümüd etmək üçün məsul şəxslərlə bunun üçün yaxşı münasibətlərin qurulmasının zəruri olduğu qənaətinə gəlinir”. (Kirakosyan Hasmik. La migration arménienne vers Paris et sa région dans la période 1998-2004. In : Hommes et Migrations, no 1265, Janvier-février 2007. Diaspora arménienne et territorialités. p. 159). Qeyd etmək lazımdır ki, xarici ölkələrdə elmi konfranslar, təlimlər, müxtəlif elmi araşdırma mərkəzlərində təcrübə və s. sayəsində gələcəkdə başqa ölkəyə köçüb, onların orada fəaliyyət göstərməsi üçün şansın yaranması demək idi. Bu isə nəticədə Ermənistanda işlədikləri elmi mərkəz, institutları tərk edib başqa ölkələrdə elmi tədqiqat institutlarına üz tutmaları ilə nəticələnmişdir. Təkcə bu səbəblərdən ötrü deyil, tədqiqat institutlarının ləğvi, maliyyə çatışmazlıqları və s. buna əlavə edə bilərik.

Müxtəlif səbəblərdən Ermənistanı tərk edən intelektuallar, alimlər Fransada ixtisasları ilə əlaqəli olmayan işlərdə də çalışırlar. “Üçüncü dünya ölkələrindən çıxan vətəndaşların xaricdəki işlərinin məvacibi tez-tez az ödənilir. Xüsusən digərləri diplomlu yüksək səviyyəli kadrlar olan, inşaat işində çalışan kişilər, ev işlərində çalışan qadınlar üçün diplomun önəmi qalmır”. (Kirakosyan Hasmik. La migration arménienne vers Paris et sa région dans la période 1998-2004. In : Hommes et Migrations, no 1265, Janvier-février 2007. Diaspora arménienne et territorialités. p. 159). Bu erməni miqrantlar illeqal yolla Fransaya gələn miqrantlardam fərqlənirlər. Onların diplomları, iş təcrübəsi, dil bacarıqları və s. imkan verir ki, Fransanın müxtəlif universitetlərində ixtisaslarını artırsınlar həm də elmi fəaliyyətlə məşğul ola bilsinlər. Maraqlıdır ki, Yerevan (İrəvan) Universitetinin Sosiologiya departamentinin araşdırmaçısı Hasmik Kirakosyan keçirdiyi sorğu nəticəsində miqrantlar arasında erməni intelektual və tələbələrinin daha depressiv olduğunu qeyd etmişdir. Bunun da səbəbləri sosial, mədəni dəyişikliklərlə əlaqədardır.
 

2000-ci illərdə yeni miqrasiya dalğası: Qanunsuz miqrasiya

XXI əsrin əvvəllərindən etibarən yeni miqrasiya axını dünyada baş vermişdir. 2000-ci illərdə ciddi sərhəd yoxlanışlarına baxmayaraq qanunsuz miqrasiyalar üstünlük təşkil edir. Qanunsuz miqrasiyanın səbəbləri təkcə siyasi səbəblər deyildir. Əsasən iqtisadi amil burada mühüm rol oynayır. “Milli Statiska Xidmətinin (Ermənistanın) məlumatına 2002-ci ilin birinci doqquz ayında əsasən aylıq orta əmək haqqı 25 709 drama kimi qalxıb (təxmini 44 dollar) bu 2001-ci il ilə müqayisədə 10.1 %  artım deməkdir”. (Hasnik Kirakosyan. La Migration Arménienne Vers Paris Et Sa Région Dans La Période 1988-2004. In : Hommes et Migrations, no 1265, Janvier-février 2007. Diaspora arménienne et territorialités. p.161). Ermənistanda həmçinin əhalinin yoxsulluq səviyyəsi çox yavaş-yavaş azalmışdır. Əgər Ermənistanda əhalinin yoxsulluq səviyyəsi 1990-cı illərin sonlarında 55%  idisə, 2002-ci ildə isə bu 50% çatmışdır. Belə demək mümükünsə erməni diasporunun köməyi, humanitar yardımı olmasaydı Ermənistanda vəziyyət dramatik olardı. Bura İranın köməyi, yardımını da əlavə edə bilərik.

Ermənilərdə ailə həmrəyliyi həmçinin çox əhəmiyyətlidir. Ermənistanda iqtisadi-sosial vəziyyətə görə əsasən ölkəni tərk edənlər Avropaya və Rusiyaya ailələrini saxlamaqdan, maliyyə vəziyyətlərini qaydaya salmaqdan ötrü və s. səbəbdən gedirlər. Rusiyanın coğrafi yaxınlığı, köhnə Sovet ölkəsi olması, Rusiyaya vizasız gediş-gəliş bu ölkəyə üstünlük vermələrinə səbəb olur. Rus dili, mədəniyyəti də bunda mühüm rol oynayır. Hansı ki, onlar rus dilini, mədəniyyətini və s. bilmələri, Rusiyaya üstünlük vermələri ilə nəticələnir. Başqa bir səbəb də vardır. Bu da qanunsuz immiqrasiyadır. Polşa, Çexiya, Ukraynaya Rusiya üzərindən çıxıb, birbaşa Avropa qapılarına yaxınlaşırlar. Burada Avropaya keçmək üçün Rusiya marşurutu, xəttindən istifadə olunur. Rusiya qanunsuz miqrasiya üçün seçilmə səbəbi sərhəd keçid məntəqələrində korrupsiyanın olmasıdır.

 


DİGƏR YAZILAR