Politicon.co
GUAM üstəgəl Belarus? Trampın Lukaşenkoya gizli mesajının sızmasının arxasında nələr dayanır?
Heç ABŞ Dövlət Katibi Minskdən ayrılmamış mediada onun Belarus dövlət başçısı Lukaşenkoya Prezident Donald Tramp tərəfindən göndərilmiş gizli bir məktub çatdırdığı barədə iddialar yayıldı. Lukaşenkonun kabinetində uzun və üz-üzə görüşdən sonra belə bir məlumatın ortaya çıxması qaçılmaz idi.
Və məktubun haradan gəldiyi elə də əhəmiyyətli deyil. Qərb tərəfdən, Pompeonun "tamamilə vacib" adlandırdığı səfərə və söhbətə daha çox əhəmiyyət vermək hədəflənir. Kremldə isə, Minskdə baş verənlərə laqeydliyi nəzərə alsaq, Lukaşenkonun Avrasiya layihələri ilə eyni zamanda AB, NATO kimi Qərb strukturlarına inteqrasiyasının hazırlıq dərəcəsini müəyyən etməyə çalışırlar.
Məlumatı yayanlar öz teleqram kanallarında qeyd edir ki, “Belarusun suverenliyini qorumaq üçün ABŞ ona üç il müddətində Ümumdünya Ticarət Təşkilatı, NATO və AB-yə qoşulma, sanksiyaların ləğvi və islahatlarda yardımla birlikdə 25 milyard dollar kredit təklif edir.”
İddialarda həmçinin bildirilir ki, ABŞ Belarusun “suverenliyini qoruyacağına” və beynəlxalq səviyyədə dəstək olacağına da söz verib.
Bir müddət əvvəl Polşanın keçmiş Xarici İşlər Naziri Minskdə olarkən Lukaşenkoya 2-3 milyard dollar məbləğində Qərb dəstəyini təklif etmişdi. Lakin indi, biznesmen Trampın dövründə, artıq 25 milyard dollardan danışılır. Belə görünür ki, suverenlik oyunlarında qiymətlər daha da qalxır. Bundan əlavə, Belarusun suverenliyini qorumaq AB və NATO kimi qurumlar da təklif olunur.
Burada isə ABŞ-ın GUAM kimi yarı-unudulmuş bir regional təşkilatı yenidən canlandırmaq cəhdlərinin ola biləcəyini güman etmək etmək olar. GUAM-a hal-hazırda Moskvaya yaxın olan Azərbaycan sədrlik edir. Minsk də Bakı ilə “xüsusi əlaqələr” saxlayır.
GUAM-ın yenidən canlanması prosesinin başlaması ilə hətta müşahidəçi rolunda da olsa Belarusun qoşulması yeni bir “üstəgəl” ortaya çıxa bilər. Bəlkə də Pompeo Lukaşenko ilə üzbəüz görüşdə 25 milyard dolları xatırladanda bu məsələyə də toxunub? Biz yalnız Qərb mediasının Trampın post-Sovet ölkələrindəki yeni bir layihəsi ilə bağlı daha çox informasiyaya malik olması və məlumat verməsinə ümid edə bilərik.
Müəllif haqqında:
Roman Yakovlevski Belarusdan olan politoloqdur.
- MÖVZULAR :
- Xarici siyasət
- BÖLGƏLƏR :
- Şərqi Avropa
- Rusiya və MDB