Politicon.co
Tarixi XDİ qurultayı: partiyanın yeni başçısının seçilməsi. Qadınların partiyaya rəhbərliyi.
Yaxın Şərqdən demək olar ki, bir milyon qaçqının ölkəyə miqrasiyasından sonra Merkel hökumətində dərin siyasi böhran müşahidə edildi.Hökumət parçalanmanın astanasında idi. XDİ-un (Xristian Demokratlar Birliyi partiyası) miqrasiya siyasəti mübahisələrin əsas səbəbi idi. Hətta XDİ-nin ən yaxın koalisiya yoldaşı CSU da Angela Merkelin miqrasiya siyasətini tənqid etməyə başladı.
Yeni parlament seçkiləri isə 24 sentyabrda keçirildi. Almaniyanın iqtidar partiyası XDİ-nin rəqiblərindən daha çox səs toplamağına baxmayaraq, partiya uzun müddət yeni hökumət formalaşdıra bilmədi. FDP, CSU və Yaşıl Partiya ilə birlikdə “Yamayka koalisiyası” adlanan yeni hökumət formalaşdırmaq cəhdi elə partiyaların ilk müzakirə görüşündən sonra uğursuz oldu. Hətta SPD ilə koalisiya davam etsə də, ölkənin iki köklü partiyası arasında fundamental narazılıqlar hələ də mövcuddur. (Spiegel.de, 26 fevral 2018)
2018-ci ilin martında Angela Merkel Amlaniya Bundestaqı tərəfindən 4-cü dəfə Almaniya Kansleri təyin edildi. Ancaq AfD-in davamlı olaraq artan məşhurluğu və 2018 sentyabr seçkilərində Bayern və Hessendəki məğlubiyyət səbəbilə Angela Merkel partiyanın XXXI qurultayında XDİ-nin sədri olmaq üçün namizədlik irəli sürməyəcəyini elan etdi. Merkel 18 ildir ki, partiyaya rəhbərlik edir. Bundan əlavə o, 2021-ci ildəki parlament seçkilərində də iştirak etməyəcəyini və kanslerlik müddəti bitdikdən sonra aktiv siyasi fəaliyyətdən çəkiləcəyini vurğuladı. (Zeit.de, 19 dekabr 2018)
Merkelin radikal qərarı ilə bağlı bir sıra spekulyasiyalar mövcuddur. Merkelin gözlənilməz qərarına 2 məsələsin səbəb olduğuna inanılır. Birincisi, növbəti qurultayda XDİ rəhbəri olmaq üçün namizədliyini irəli sürməyəcəyi və son kanslerliyindən sonra 2021-ci ildə siyasətdən gedəcəyi ilə bağlı rəsmi bəyanatı ilə Merkel Almaniyada sağ mövqe tərəfdarlarının çox sürətli yüksəlişindən yayınmağa cəhd edib. İkincisi, Merkel və onun siyasəti ilə bağlı partiya daxilində, şübhəsiz, əsaslı şikayətlər var idi. Xüsusilə də Merkelin mübahisəli miqrasiya siyasəti onun son kanslerliyini həm Angela Merkel üçün, həm də XDİ üçün kifayət çətinləşdirmişdir. Odur ki, Merkel partiyanın nüfuzunun azalmasının qarşısını almağa və partiyada yeni dövrün başlanğıcını stimullaşdırmağa cəhd etdi.
XXXI XDİ qurultayı
Bir qayda olaraq nümayəndələr bir şəxsin namizdəliyi ilə bağlı razılığa gəlir. Deməli, XDİ heç vaxt 3 rəqabətcil partiya üzvünün partiyaya rəhbərlik üstündə yarışdığı seçkiyə şahid olmayıb. Həmin vaxt XDİ fraksiyasının rəhbəri olan Reyner Barzel və Qərbi Almaniyanın keçmiş baş naziri olmuş Helmut Koylun partiyadakı bu vəzifə üçün mübarizə apardığı qurultay isə istisna təşkil edir. Bu tarixi XXXI qurultayda indiyə kimi olanlardan daha çox akkreditasiyalı jurnalist iştirak edirdi. 1001 nümayəndə isə partiyanın gələcəyi barədə qərar qəbul edirdi. Qısaca, 7 dekabr CDU-un XXXI qurultayı Almaniyanın iqtidar partiyası üçün tarixi bir ana çevrilmişdi. (Spiegel.de, 7 dekabr 2018)
Merkelin davamçıları – partiyanın baş katibi Anneqret Kramp-Karrenbauer (AKK), XDİ-nin keçmiş başçısı Fridrix Merz və Səhiyyə naziri Yens Şpahn partiyanın sədri olmaq üçün namizədliyi verdi (Spiegel.de, 7 dekabr 2018). 1971-ci ildən bəri ilk dəfə XDİ nümayəndələri ikidən artıq namizədə səs vermə imkanına malik olurdu. Hər üç namizəd CDU-da başlayacaq yeni siyasi era ilə bağlı xoşbəxtliyini ifadə etdi və Angela Merkelin demək olar ki, 20 ildir davam edən siyasi üstünlüyündən sonra “ədalətli siyasi” mübarizəni vurğuladı. Kramp-Karrenbauer öz nitqində CDU-un ehtiyatla sağa və sola baxmaqdansa, cəsarətə malik olduğunu qeyd etdi, Merz isə aydın siyasi mövqeyin olmadığı halda seçki nəticələrini yaxşılaşdırmağın mümkünsüz olduğunu vurğuladı. (Zeit.de, 7 dekabr 2018)
Kifayət qədər rəqabətli keçən seçkilərin nəticəsində AKK Angela Merkelin davamçısı kimi XDİ-nin yeni sədri seçildi. İkinci turda o, 999 səsdən 517 səslə ümumi səslərin 52%-ni qazandı, onun rəqibi Fridrix Merz isə 482 səslə ümumi səslərin 48%-ni toplaya bildi. 3-cü namizdə Yens Şpahn isə ilk seçki turunda mübarizədən kənarlaşdı. (Zeit.de, 7 dekabr 2018)
Partiya daxilində qadınların dominantlığı
Pariya daxilində əsas gücün bir qadından digərinə keçməsi yalnız partiya tarixində yox, həm də Almaniya tarixində bir ilk oldu. Fridrix Merz və Yens Şpahnın Almaniyanın mühafizəkar partiyasında 20 ildir ki, davam edən qadınları hakimliyini sonlandırmaq cəhdi uğurlu olmadı. Hakimiyyətin ötürülməsi maraqlı bir yolla həyata keçirildi: Angela Merkel yüksək partiya və dövlət vəzifələrində olmuş sələflərinin, məsələn, Helmut Şmidt, Helmut Koyl və Gerard Şröderin əksinə AKK-ə birbaşa dəstəyini göstərmədi. Hətta XDİ-nin sədri kimi son nitqində Merkel öz favorit namizədinin – AKK-in xeyrinə hansısa ifadəni səsləndirməkdən yayınmağa çalışdı. Merkel AKK-in yeni partiya sədri olmaq üçün yuxarı ehtimallara zərər verməmək məqsədi güdürdü. Angela Merkelin neytral mövqeyinin əksinə Almaniya Parlamentinin Prezidenti və kifayət qədər güclü və veteran XDİ siyasətçisi olan Volfqanq Şauble XDİ lideri postu üçün AKK-in əsas rəqibi olan Frixdix Merzə dəstəyini birbaş göstərmişdir. (Zeit.de, 8 dekabr 2018)
Fridrix Merz və AKK əməkdaşlığı?
AKK tərəfindən məğlub edilməsindən sonra Merz tərəfdarlarından gələcək fəaliyyətində AKK-i dəstəkləmələrini istədi. Onun fikrincə, o, seçkilərdə qalib gələ bilərdi və əsas rəqibi tərəfindən məğlub edilməsinə bamayaraq, AKK və Şpahnla rəqabətdən zövq almışdır. Öz növbəsində AKK də Merzə partiyanın yaxşılığı üçün birgə işləməklə bağlı çıxışı üçün təşəkkürünü bildirdi və Şpahnla Merzdən səhnədə birgə görünməyi xahiş etdi. (Spiegel.de, 7 dekabr 2018)
AKK Merzlə əməkdaşlıq etmək istədiyini səsləndirmişdi. AKK-in fikrincə, gələcəkdə onun üçün partiya daxilində hansı vəzifənin uyğun olacağını nəzərdə tutmaq vacibdir. Ehtimal daxilində olan partiya katibi kimi bir siyasi vəzifə Merz üçün cəlbedici olmaz, çünki iqtisadiyyatda kifayət qədər uğurlu biri kimi onun bu sahə ilə bağlı həmişə daha yaxşı baxış bucağı olmuşdur. Onu məğlub etdikdən sonra Merzin dəstəkçilərinin simpatiyasını qazanmaq AKK üçün bir növ prioritet halına gəlmişdir. Bu, sadəcə qalibin comərdliyi səbəbilə deyil, həm də onun gələcək fəaliyyətində daha yaxşı imkanlara sahib olmaq məqsədilə partiya daxilində birliyin formalaşdırılması ehtiyacı səbəbilə vacibdir. Bundan əlavə, Merzə partiyada aparıcı vəzifələrdən birini təklif etmək və onunla əməkdaşlıq etməklə AKK özünün partiya daxilində məsuliyyətini azaltmağa çalışırdı.
Sonuncu şəxsi görüşlərində AKK və Fridrix Merz gələcək əməkdaşlığın şərtləri ilə razılığa gəldilər: Merz yeni partiya sədrindən əməkdaşlıq təklifini qəbul etdi. Bununla yanaşı, Zeit qəzetinin məlumatına əsasən o, hələ də iqtisadi fəaliyyətinə davam etmək istəyir. (Zeit.de, December 16, 2018).
Angela Merkelin vidası
Merkelin sonuncu nitqi və vidalaşması xeyli emosional idi:
“ XDİ ilə bağlılığım üçün heç bir partiya sədrliyinə ehtiyac yoxdur. Ancaq mən hələ də Federal Kanslerəm.”
Kansler alman cəmiyyətində qütbləşmənin təsirinə və AFD-ə baxmayaraq, XDİ-nin hələ də daha yaxşı nəticələrə əldə edə biləcəyini vurğuladı. “Artıq yeni səhifə açmağın zamanıdır,” - Merkel öz nitqinin sonunda bildirdi – “bu, mənim üçün böyük zövq idi, bu, mənim üçün şərəf idi.” (Spiegel.de, December 7, 2018) Sonuncu çıxışından sonar Angela Merkel 1001 nümayəndə tərəfindən təxminən 10 dəqiqə ərzində alqışlandı. (Zeit.de, December 7, 2018).
- MÖVZULAR :
- Daxili işlər
- İdarəçilik
- BÖLGƏLƏR :
- Qərbi Avropa