Toms Ratfelders journalist və Yaxın Şərq və Şimali Afrika üzrə ixtisaslaşmış siyasi təhlilçidir. Onun araşdırmaları İran körfəzinin kiçik monarxiyalarının (xüsusilə də Qatar və Omanın) xarici siyasət strategiyaları, İranın xarici siyasəti və regiondakı təhlükəsizlik məsələləridir (məs. rejim təhlükəsizliyi, hərbi qruplaşmalar).
O, Sent-Endryüs Universitetindən Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiyada təhlükəsizlik sahəsi üzrə magistr dərəcəsinə, Riqa Stradins Universitetindən isə bakalavr dərəcəsinə malikdir. Toms bir müddət Latviya Xarici İşlər Nazirliyində çalışmış, Latviya və Körfəz ölkələri arasında ikitərəfli danışıqların həyata keçirilməsində iştirak etmişdir.
O, beynəlxalq və Latviya media qurumları üçün Yaxın Şərq və Şimali Afrika məsələləri üzrə siyasi şərhlər verir.